Klinton vitse-prezidentinin adını açıqladı

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton NATO qüvvələrinin Avropadakı qüvvələrinin sabiq komandanı admiral Ceyms Stavridisi vitse-prezident postuna namizəd qismində gördüyünü açıqlayıb.  

 

APA TV-nin "Reuters"ə istinadən verdiyi xəbərə görə, 61 yaşlı Ceyms Stavridis Klinton ABŞ-ın dövlət katibi vəzifəsində çalışdığı dövrdə NATO qüvvələrinin Avropadakı qüvvələrinin komandanı olub.

 

ABŞ vitse-prezidentliyinə Demokratlar Partiyasından namizədin adının yaxın günlərdə rəsmi elan olunacağı gözlənilir.
 

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp isə vitse-prezident postuna namizədinin adını iyulun 15-də açıqlayacağını bildirib. O, vitse-prezident postuna 5 nəfərin namizədliyini nəzərdən keçirdiyini bildirib. Bir həftə öncə isə o, 9 namizədin olduğunu bildirmişdi.

 

Hazırda Trampın potensial namizədləri arasında ABŞ Nümayəndələr Palatasının sabiq spikeri Nyut Qinqriç, İndiana qubernatoru Mayk Pens, Nyu-Cersi qubernatoru Kris Kristi və ABŞ ordusunun istefada olan general-leytenantı Maykl Flinin adı hallanır.  

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR