Dağıstanda dəhşətli qəza: 9 ölü, 20 yaralı
Dağıstanda Dərbənd-Anapa marşrutu ilə hərəkət edən avtobusun “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində 9 nəfər olub.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, qəza Mahaçqala-Həştərxan magistral avtomobil yolunda, Dağıstanın Tarumovski rayonunun Talovka yaşayış məntəqəsinin ərazisində baş verib.
Hadisə zamanı avtobusda ümumilikdə 33 nəfər olub. Xəsarət alanlar Tarumovka və Koçubey yaşayış məntəqələrinin tibb müəssisələrinə çatdırılıblar. Bu barədə FHN-in nümayəndəsi bildirib.
Məlumata görə, qəza nəticəsində 20 nəfər xəsarət alıb, onların arasında uşaqlar da var.
Hadisə baş verən əraziyə tibbi helikopter cəlb olunub.
OXŞAR XƏBƏRLƏR
15:18
705
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1671
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1680
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1042
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
674
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
775