İtaliyada iki qatar toqquşdu: 27 ölü, 50 yaralı

İtaliyanın cənubunda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 27 nəfərə, xəsarət alanların sayı isə 50 nəfərə çatıb.

 

APA TV-nin verdiyi məlumata görə, bu barədə “La Repubblica” nəşri  məlumat yayıb.
 

Qeyd edək ki, hadisə iyulun 12-də Bakı vaxtı ilə 13.30 radələrində Apuliya bölgəsində Corato və Andria qəsəbələri arasında baş verib.

 

Toqquşma nəticəsində qatarların vaqonları relsdən çıxıb, üç vaqon tamamilə yararsız hala düşüb.

 

Ölən və xəsarət alanlar arasında əcnəbilərin olmadığı bildirilir.

 

Maşinistlərdən biri sağ qalıb, onun vəziyyətinin ağır olduğu bildirilir. Qəzanın səbəbləri araşdırılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR