Bakıda bir ailənin 4 üzvü xəstəxanalıq oldu: sürücü qaçdı
Bakıda bir ailənin 4 üzvünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Səbail rayonu, Yeni Salyan şosesində qeydə alınıb.
Su İdman Sarayının yaxınlığındakı ara küçə ilə Yeni Salyan Şosesinə daxil olan BMW markalı avtomobilin sürücüsü "Yol ver!" nişanının tələbini pozaraq hərəkəti davam etdirib. BMW bu zaman şose ilə şəhər istiqamətində hərəkətdə olan Vüsal Bağırova məxsus "VAZ-2106" markalı avtomobilə çırpılıb.
"VAZ 2106" zərbənin təsirindən deformasiyaya uğrayıb. Qəzadan sonra hadisəni törədən BMW markalı avtomobilin sürücüsü və sərnişinləri ərazisindən uzaqlaşıblar. Qəza nəticəsində xəsarət alan bir ailənin üzvləri "VAZ-2106"-nın sürücüsü Vüsal Bağırov, həyat yoldaşı Şəfəq Bağırova və azyaşlı övladları Anar və Emin xəstəxanaya çatdırılıblar. Həkimlər onların vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Faktla əlaqədar Səbail Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək