Salyanda maşın aşdı: 2 yaralı
Salyanda baş verən avtoqəzada sürücü və sərnişin xəsarət alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 17.30 radələrində Salyan rayonunun Çadırlı kəndində qeydə alınıb.
Yardımlı rayonunun Abaş kənd sakini, 1984-cü il təvəllüdlü Fərziyev Əhməd Fikrət oğlunun idarə etdiyi “Opel” markalı 99 BE 925 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq bir neçə dəfə yuvarlanıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, Salyan rayonunun Qaraçala qəsəbə sakini, 1995-ci il təvəllüdlü Nağızadə Elməddin Qalib oğlu müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
702
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1668
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1677
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1042
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
674
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
775