OPEK: "Brexit" neft bazarına təzyiq göstərir

OPEK 2016-cı il üçün dünya iqtisadiyyatının artım tempini məhdudlaşdırıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, proqnozun aşağı salınmasına səbəb dünya iqtisadiyyatındakı qeyri-müəyyənlik vəziyyətinin daha yüksək olması ilə əlaqədardır. İngiltərənin Avropa İttifaqından çıxmasına da elə məhz bu fakt səbəb olub.

 

Neft ixrac edən ölkələrin birliyi olan OPEK-dən növbəti, 2017-ci il üçün karbohidrogen ehtiyatlarına olan tələbatın bir qədər səngidiyi açıqlanıb. Buna rəğmən, təşkilatın göstərilən dövrü əhatə edən proqnozları optimistikdir. 
 

Qurumda hesab edirlər ki, bundan sonra da üzv ölkələr tərəfindən hasil edilən enerji resurslarına tələbat istehsalın həcmini üstələməkdə davam edəcək ki, bu da öz növbəsində neft ehtiyatlarının saxlanmasına əngəl olacaq.

 

Bununla bağlı hazırlanan hesabatda İngiltərənin Avropa İttifaqını tərk etməsindən sonra Avrozonada iqtisadi qeyri-müəyyənliyin hökm sürdüyü bildirilir. Qeyd olunur ki, bu qərarın törətdiyi fəsadlar həmçinin qlobal iqtisadi artım səviyyəsinin 3,1 faizdən 3 faiz həcminədək azalmasına səbəb olub.

OPEK-in ilkin proqnozlarına görə 2017-ci ildə neftə olan gündəlik tələbat 1,5 milyon barelədək artacaq.

 

Qeyd dək ki, qurumun 2016-cı il üçün proqnoz sənədində bu il neftə olan tələbatın 1,19 milyon barelə qədər artacağı bildirilirdi.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR