Göygöldə qəza: bir ailənin 4 üzvü yaralandı
Göygöldə bir ailənin 4 üzvünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Göygöl avtomobil yolunda qeydə alınıb.
Samux rayon sakini, 27 yaşlı Zülfüqar Məhərrəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə firmalardan birinə məxsus, 21 yaşlı Nicat İsmayılzadənin sürdüyü “Isuzu” markalı yük avtomobili toqquşub. Zərbənin gücündən yük avtomobili yolun kənarına aşıb. Hadisə nəticəsində “VAZ-2107”-nin sərnişinləri - Naftalan şəhər sakinləri 33 yaşlı Bəşir Qarayev, onun həyat yoldaşı, 36 yaşlı Mehriban Qarayeva, övladları - 16 yaşlı Fəridə və 12 yaşlı Fərhad müxtəlif bədən xəsarətləri alaraq Göygöl rayon mərkəzi xəstəxanaya yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək