ABŞ Bərzani ilə saziş imzaladı

Vaşinqtonla İraq Kürd Muxtəriyyatı arasında hərbi protokol imzalanıb. APA TV-nin məlumatına görə, İŞİD-in İraqdakı son qalası sayılan Mosula planlaşdırılan əməliyyat ABŞ və Peşmərgə tərəfindən birgə keçiriləcək.


İmza mərasimində İraq Kürd Muxtəriyyatının lideri Məsut Bərzani  və ABŞ Müdafiə Nazirliyinin Benəlxalq Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ellisa Slotkin iştirak ediblər.

Mərasimdən sonra çıxış edən Məsut Bərzaninin sözçüsü Ümit Sabah imzalanan razılaşmanın terrorla mübarizədə daha effektli olacağını bildirib. 

 

Xatırladaq ki, Fəllucədən İŞİD-i çıxaran İraq ordusu, şiə özünü müdafiə qruplarının və əşirət birliklərinin də hədəfi Mosulu terrorçulardan təmizləməkdir. Onların da bu sazişə dəstək verəcəyi gözlənilir.

 

Mosul yaxınlığında son olaraq strateji Qəyyarə aviabazası geri alınıb. Pentaqon Qəyyarənin ABŞ və müttəfiqləri tərəfindən İŞİD-ə qarşı istifadə olunacağını bildirib.
 

Bu arada planlaşdırılan əməliyyat nəticəsində dinc sakinlərdən ibarət böyük qaçqın ordusunun yaranacağı istisna edilmir. İŞİD-in Mosul ərazisində 20 min döyüşçüsünün olduğu deyilir.

ABŞ-dan başqa Mosul ətrafında Türkiyə, Almaniya, İtaliya, Kanada və İngiltərənin də hərbi düşərgələri yerləşir və onlar peşmərgələrə xüsusi təlimlər keçirlər.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR