Erməni politoloq: "Sarkisyan komandası agentdir"

"Gec və ya tez NATO şərqə doğru irəliləyəcək, Ermənistan bunu anlamalıdır". APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, bu açıqlama ilə politoloq Ruben Mehrabyan çıxış edib.

O deyib ki, 2014-cü ildə NATO-nun Avropadakı qüvvələrinin komandanlığı alyansın postsovet ölkələri ilə əlaqədar heç bir strategiyasının olmadığını açıqlayıb. Həmin açıqlamada xüsusilə Gürcüstan və Ukraynanın adları çəkilmişdi.

"Amma indi görünür ki, vəziyyət tamam dəyişib. Blok Şərqi Avropada öz infrastrukturunu möhkəmlədir və alyansa yeni üzvlərin qəbul ediləcəyi istisna deyil. Avropanın bütövlüyü məhz postsovet ölkələrinin hesabına təmin olunacaq. Ermənistan isə bunu anlamır və yaxud anlamaq istəmir. Ermənistan hazırkı vəziyyətdə tarixə müharibə edib və bu, Rusiyanın maraqlarına xidmət edir", - deyə o əlavə edib.

Mehrabyan bildirib ki, rəsmi İrəvan Rusiyanın göstərişi ilə anti-Gürcüstan və anti-Ukrayna siyasəti yürüdür. "Bu isə bizim siyasətimizə ziddir. Bizim iqtidardakılar daha çox Moskvanın agentləridir", - deyə politoloq vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR