İran ABŞ-dan dondurulan aktivlərin bir hissəsini aldı

İran İslam Respublikası vaxtilə Birləşmiş Ştatların dondurduğu aktivlərinin 1,7 milyard dollarlıq hissəsini əldə edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında İran hökumətinin sözçüsü Məhəmməd Baqir Nobəxt bildirib. O, eyni zamanda əldə olunan vəsait büdcənin artırılmasına yönəldildiyini sözlərinə əlavə edib.

 

Hələ iyun ayında rəsmi Tehran dondurulmuş aktivlər ətrafındakı vəziyyəti müzakirə etmək üçün Vaşinqtona ekspert qrupu göndərmişdi.

 

Bir qədər əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ Ali Məhkəməsinin dondurulan 2 milyard məbləğindəki aktivləri qaytarmaqdan imtina etməsi səbəbindən Vaşinqtona qarşı iddia qaldırmağa hazırlaşdıqlarını bəyan edib.

 

Qeyd edək ki, məhkəmə sözü gedən aktivlərin 1983-cü ildə Livanın paytaxtı Beyrutdakı partlayış zamanı zərər çəkənlərin ailələrinə ödənilməsinə qərar verib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR