Foto çəkdirməyi sevirsinizmi? - SORĞU
İnsan həyatını şəkilsiz təsəvvür etmək mümkün deyil. Çünki yaşadığı anı ölümsüzləşdirmək istəyi hər kəsdə var. Nəzərə alaq ki, ilk fotonu çəkmək üçün Jozef Nisefor Nyeps 8 saat zaman sərf etmişdi. Lakin müasir dövrdə texnologiyanın inkişafı sayəsində insanlar asanlıqla şəkil çəkə bilir. Çünki “Kodak” şirkətinin təsisçisi Corc İstman “fotoqrafiyanı hamı üçün əlçatan” etdi. Elə ona görə də bu gün - 12 iyul Ümumdünya Fotoqrafiya Günü olaraq qeyd olunur.
APA TV Bakı sakinlərinin foto çəkdirməyə münasibətini öyrənib. Görəsən, bizimkilər şəkil çəkməyi daha çox sevirlər, yoxsa çəkdirməyi?
- Çox çəkməyi xoşlamıram, amma lazım olan yerlərdə, tədbirlərdə, uşaqlarla bir yerdə olanda, müəllimlə, sənətimlə əlaqədar önəmli günlərimizdə çəkməyi xoşlayıram. Daha çox özüm istəyirəm ki, gözəl anları qeydə alım, çəkdirməyi çox xoşlamıram.
- Mən özüm fotoqrafam. Fotoqrafiya ilə aram yaxşıdır, uşaqlıqdan bu işlə məşğulam. Buradan bütün fotoqrafların bayramını təbrik edirəm. Uğurları çox olsun, inşallah.
- Foto ilə aram yaxşıdır, özüm də çəkirəm arada, professional deyiləm ancaq. Fotolara baxmağı sevirəm. İnsan əvvəl foto çəkdirməyi çox sevir, sonra özü foto çəkməyi. Çünki insanın yaş və təcrübəsi dəyişdikcə, özün çəkmək istəyirsən, nəinki çəkdirmək.
- Foto çəkməyi də, çəkdirməyi də xoşlayıram. Ən çox da "selfie" etməyi xoşlayıram.
- Çıxırsan "selfie" edirsən, belə sevirəm fotoqrafiyanı, yaxşı şeydir.
- Əladır, yaxşıdır, fotonu sevirik, yaxşı "selfie"lər çəkdiririk özümüz üçün, "Instagram"a, "Whatsapp"a qoyuruq.
- Foto çox çəkdirmirəm, əvvəllər çox çəkdirirdim, indi telefonlar var deyə çox çəkdirmirəm.
- Məndə iki cürdür. Həm xoşlayıram, həm xoşlamıram. Xoşlamıram ona görə ki, çəkəndə ardı gəlir də, çox çəkirəm.
- Foto çəkdirməyi çox sevirəm. Ən çox da "selfie" çəkdirməyi çox sevirəm.
- Foto çəkməyi çox sevirəm. Ancaq indi yox, başım bir az qarışıqdır.
Sorğu keçirdiyimiz sakinlər arasında fotoya həvəsi olmayanların da sayı az deyildi:
- Belə pis deyil, ancaq o qədər də həvəsim yoxdur. Sözün açığı, nə foto çəkməyi sevirəm, nə də çəkdirməyi.
- Ancaq telefonda olan şəkil proqramlarından istifadə edirəm. Belə marağım elə də yoxdur. Ümumiyyətlə, şəkillə çox aram yoxdur.
- Fotoqraf dostlarım çoxdur, ancaq aram yoxdur çəkdirməklə.
Deyirlər ki, həyatda xoşbəxtlik yoxdur, yalnız xoşbəxt anlar var. Əgər gerçəkdən belədirsə, xoşbəxt anlarınızı əbədiləşdirmək fürsətini əldən buraxmayın!
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək