İrəvanda oliqarxları öldürmək istəyən killerlər yas məclisində zərərsizləşdirildi
İrəvanda killer bandası zərərsizləşdirilib. APA TV-nin xəbərinə görə, bu barədə ölkədə nəşr olunan "Dördüncü hakimiyyət" qəzeti məlumat yazıb.
Silahlı dəstə hüquq-mühafizə orqanlarının əməkdaşları və adı açıqlanmayan yüksək vəzifəli şəxsin cangüdənləri tərəfindən zərərsizləşdirilib. Əməliyyat "Erebuni" icmasına məxsus "Arqişti" restoranında keçirilib.
Həmin gün orda məşhur kriminal avtoritetlərdən birinin atasının 40 mərasimi təşkil edilib. Mərasimdə tanınmış simalar, o cümlədən deputatlar Mqer Sedrakyan, Samvel Aleksanyan və Ruben Ayrapetyan iştirak ediblər.
Yas məclisi zamanı killerlər yaxınlıqda olublar, amma planlarını həyata keçirə bilməyiblər. İçəridə olan vəzifəli şəxslərdən birinin cangüdəni onların niyyətindən duyuq düşüb və banda zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək