Portuqaliya millisi Lissabonda belə qarşılandı

Portuqaliya "Avro-2016"nın qalibi olmuş futbolçularını qəhrəmanlar kimi qarşılayıb. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, ölkə prezidenti Marselu Rebelu de Souza futolçuları ordenlərlə təltif edib və onlara komandor rütbələri verib.

"Siz Portuqaliyanı qalib etdiniz, siz Avropanın ən yaxşılarısınız. Əsl kişilik, dözüm, qətiyyət nümayiş etdirdiniz", - deyə dövlət başçısı çıxışı zamanı vurğulayıb.

Lissabon aeroportunda futbolçuları on minlərlə azarkeş coşqu ilə qarşılayıb. Milli komanda daha sonra ikimərtəbəli avtobusla şəhərin küçələrindən keçib.


Komandanın lideri Kriştianu Ronaldo həmvətənləri qarşısında çıxış edib. "Sizə çox minnətdarıq. Bu qələbə hamımızındır. Hətta ölkədən kənarda yaşayan soydaşlarımızın da. Biz Portuqaliyanın tarixinə düşdük, birinci dəfə Avropa çempionu olduq. Hamınızı təbrik edirəm", - deyə o qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR