Bərdədə əkizlərdən biri doğuş zamanı öldü
Bərdədə yeni doğulan uşaq ölüb. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.
Rayon sakini, 1994-cü il təvəllüdlü Aysel Qocayeva dünyaya əkiz uşaq gətirib. Onlardan biri doğuş zamanı ölüb, digərinin vəziyyəti isə ağırdır.
A.Qocayevanın yaxınlarının APA-ya verdiyi məlumata görə, yeni doğulan körpələrdən biri qız, digəri oğlan olub. Ölən körpə oğlandır.
Ailə üzvləri körpənin ölümündə xəstəxananın həkimlərini günahlandırır, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini bildiriblər.
Xəstəxanadan məsələyə münasibət bildirmək istəməyiblər.
OXŞAR XƏBƏRLƏR
15:18
762
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1723
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1731
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1043
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
675
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
776