Qobustanda qəza: xəsarət alan iki bacıdan biri öldü
Bakı-Şamaxı yolunda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə iyulun 11-də axşam saat 20:00 radələrində magistral yolun 108-ci kilometrliyində, Qobustan rayonunun “Acıdərə” adlanan ərazisində qeydə alınıb.
99 FT 702 dövlət nömrə nişanlı “Nissan” və 90 EX 685 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində “VAZ-2107” markalı minik avtomobilindəki sərnişinlər - Tovuz rayon sakini, 1959-cu il təvəllüdlü Südabə Bahadur qızı Bayramova, 1958-ci il təvəllüdlü bacısı Roza Bahadur qızı Bayramova, 1979-cu il təvəllüdlü Samirə Gülbala qızı Şükürova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Südabə Bayramova aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək