Cəlilabadda dəhşətli qəza: 2 ölü, 2 yaralı
Cəlilabadda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Dövlətalıbəyli kəndi ərazisində qeydə alınıb.
Cəlilabadın Tahirli kənd sakini Telman Ağayevin idarə etdiyi "Lada Kalina" markalı minik avtomobili hərəkətdə olarkən qarşı tərəfdən gələn rayonun Kövüzbulaq kənd sakini Həbulla İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı, 15 BO 661 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.
Güclü zərbə nəticəsində sürücülər aldıqları çoxsaylı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Bundan əlavə, avtomobildəki sərnişinlərdən Xatirə İbrahimova və onun azyaşlı oğlu Feyruz İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada yaralılara müvafiq tibbi yardım göstərilib, uşaq xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Lakin Xatirə İbrahimovanın vəziyyəti ağırlaşdığından, o, Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.
İlkin versiya kimi qəzanın hər iki nəqliyyat vasitəsinin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək