ABŞ-da müttəhim məhkəmə əməkdaşlarını öldürdü
ABŞ-da Miçiqan ştatının Sent-Cozef şəhər məhkəməsinin binasında silahlı insident yaşanıb. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, naməlum şəxs iki nəfəri öldürüb, daha birini yaralayıb.
Qatil məhkəməyə nəzarət altında gətirilsə də, nəzarətçinin silahını qəfildən ələ keçirib və ətrafa atəş açmağa başlayıb. Cinayətkarı elə oradaca güllələyiblər. Hadisənin necə baş verdiyi araşdırılır.
Öldürülən şəxslər məhkəmə əməkdaşlarıdır. Yaralanan şəxs isə polis rəisinin müavinidir.
Məlum olub ki, qatil bir neçə cinayətdə təqsirli bilinən 44 yaşlı Larri Qordon olub.
OXŞAR XƏBƏRLƏR
15:18
763
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1724
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1732
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1043
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
675
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
776