Qaradağda iki "KamAZ" toqquşdu: 1 ölü

Qaradağ rayonunda "KamAZ" markalı avtomobillərin toqquşması ölümlə nəticələnib.

 

APA TV-nin xəbərinə görə, Telman Mehdiyev idarə etdiyi "KamAZ"la hərəkətdə olarkən yol kənarında təmirə dayanan Səfər Əhmədova məxsus eyni markalı avtomobilə arxadan çırpılıb. Dərhal hadisə yerinə polis əməkdaşları gəlib.

 

Zərbənin təsirindən sürücü Telman Mehdiyev hadisə yerində dünyasını dəyişib, 20 yaşlı sərnişini Cahangir Həmənov ağır xəsarətlər alıb.

 

"KamAZ"da sıxılmış vəziyyətdə qalan meyiti və yaralını maşından FHN-in xilasediciləri çıxarıblar. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR