FES: Uçot dərəcəsi mərhələli şəkildə artırılacaq
İyun ayında ABŞ-da qeyri-aqrar sahədə 287 min və ya proqnozlaşdırılandan 107 mindən çox yeni iş yeri açılmasından sonra Federal Ehtiyatlar Sisteminin (FES) rəsmiləri uçot dərəcəsi ilə bağlı fikirlərini bölüşüb.
"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Kanzas ştatının FES rəhbəri Eşter Corc (Esther George) uçot dərəcəsinin olduqca aşağı olduğunu deyib.
"Uçot dərəcəsinin mərhələli şəkildə artırılmasının tərəfdarıyam. Bu, risklərin minimuma endirilməsinə yardım edəcək. Arxada qoyduğumuz illər ərzində iqtisadiyyatımız rəqabət qabiliyyətli olduğunu sübut etdi", - deyə E.Corc qeyd edib.
FES rəsmisi əmək bazarındakı son statistikanı olduqca müsbət qarşılayıb: "İşsizliyin səviyyəsi normaya olduqca yaxındır".
OXŞAR XƏBƏRLƏR
15:18
763
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1724
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1731
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1043
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
675
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
776