"Oğru aləmi"ndə "Ded Xasan"ı əvəzləyən "Şakro Molodoy" tutuldu
Moskvada Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları xüsusi əməliyyat keçirib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, əməliyyat zamanı "Şakro Molodoy" ləqəbli "qanuni oğru" Zaxari Kalaşov həbs edilib.
Kriminal avtoritet paytaxt restoranlarından birinin sahibindən hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. Ötən ilin dekabrında sözügedən restoranda cinayətkar qruplaşmanın təşkil etdiyi silahlı insident nəticəsində iki nəfər qətlə yetirilib.
"Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov Rusiya cinayətkar aləminin lideri sayılır. O, üç il bundan əvvəl snayper atəşi ilə öldürülən məşhur "qanuni oğru", "De Xasan" ləqəbli Aslan Usoyanın yerini tutub.
Xatırladaq ki, Zaxari Kalaşov bir neçə dəfə həbs edilib. 2008-ci ildə İspaniyada cinayət yolları ilə əldə edilən pulların yuyulmasında ittiham edilərək tutulan "qanuni oğru"nun ekstradisiyasına Gürcüstan nail ola bilmişdi. Burada isə "Şakro Molodoy" qətldə təqsirləndirilərək barəsində 18 il azadlıqdan məhrumetmə qərarı çıxarılsa da, 3 ildən sonra sərbəst buraxılaraq Rusiyaya qayıtmışdı.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək