Saxta 13 min manatı 2300 dollara satarkən tutuldular

Daxili işlər orqanları ölkənin maliyyə sisteminə təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib.

 

APA TV-nin məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində Quba rayon sakini Pərvin Yusifov paytaxtın Nizami rayonu ərazisində 13000 manat saxta pul əsginaslarını 2300 ABŞ dollarına satmaq istəyən zaman saxlanılıb.

 

Bundan başqa, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Pərvin Yusifovla birgə saxta pul əsginaslarını hazırlayan, əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Vüsal Quliyev də saxlanılaraq istintaqa təqdim olunub.

 

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR