Gəncədə mütəşəkkil dəstə zərərsizləşdirildi

Gəncədə mənzillərdən oğurluq edən mütəşəkkil dəstə zərərsizləşdirilib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhərində və ətraf rayonlarda fərdi yaşayış evlərində çoxlu sayda oğurluq hadisəsi törətmiş 6 nəfərdən ibarət mütəşəkkil dəstə müəyyən edilərək zərərsizləşdirilib.

 

Saxlanılan şəxslər - Gəncə şəhər sakinləri 31 yaşlı Şahmar Süleymanov, 30 yaşlı Xaləddin İsmayılov, 31 yaşlı Asim Məmmədov, 32 yaşlı Hünər Rüstəmov, 25 yaşlı Bəxtiyar Hacızadə və 24 yaşlı Elvin Abbasovdur.

 

Saxlanılan şəxslərin ətrafında keçirilən əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, onlar 20-dən çox mənzili yararaq vətəndaşlara xeyli miqdarda ziyan vurublar. Maddi sübutlar - 5 ədəd iri ölçülü plazma televizor, kombi istilik cihazları, onların aksesuarları və xeyli sayda digər məişət əşyaları götürülüb.

 

Saxlanılan şəxslərin digər cinayətlərdə iştirakı yoxlanılır.

 

Faktla bağlı Cinayət Məcəlləsinin “Oğurluq” maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR