Prezident: “Qarabağ danışıqlarında ən aktiv dinamika müşahidə olunur”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
APA TV-nin xəbərinə görə, Rusiya xarici işlər nazirini salamlayan Prezident İlham Əliyev deyib ki, Azərbaycan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini yüksək dəyərləndirir. Bu istiqamətdə hazırda ən aktiv dinamika müşahidə olunur: “Əlbəttə ki, son 3-4 ayda danışıqlar prosesində nəzərəçarpan müsbət dinamikanın davam edəcəyinə ümid bəsləyirik. Hesab edirəm ki, danışıqların bu dövrü ən dinamikdir və ümidvaram ki, həm də ən səmərəli olacaq. Sizin bu gün Bakıya, bundan əvvəl isə Yerevana səfəriniz bir daha sübut edir ki, Rusiya hər iki ölkənin dostu, qonşusu kimi münaqişənin nizamlanmasında maraqlıdır. Təbii ki, biz də maraqlıyıq, regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün münaqişənin tezliklə həllini istəyirik”.
Sergey Lavrov isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi həqiqətən gedir və prezident Putin Sankt-Peterburq görüşünün nəticəsindən razıdır: “Sizin dediyiniz kimi, mən prezidentin tapşırığı ilə hər iki ölkənin paytaxtına səfər etmişəm. Hesab edirəm ki, bugünkü görüş tamamilə konkret planda daha dəqiq addımları müəyyənləşdirməyə kömək edəcək”.
Qeyd edək ki, Sergey Lavrovun Azərbaycana səfəri iyulun 11-də başlayıb. İki günlük səfər çərçivəsində Sergey Lavrovun iyulun 12-də azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşü nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək