Qara Qarayev prospektinin bir hissəsi təmir edildi
Nizami rayonu Qara Qarayev prospektinin bir hissəsi, daha dəqiqi, prospektin Şirin Mirzəyev və Nəsimi küçələrinin kəsişmələri arasında olan 600 m-lik hissəsi yüksək keyfiyyətlə təmir edilərək vətəndaşların istifadəsinə verilib.
APA TV-nin xəbərinə görə, sözügedən hissədə zəruri olan yerlərdə piyada səkiləri bərpa olunaraq asfaltlanıb, səkilərin və yol ayrıcının kənarlarına yeni səki daşları düzülüb, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Bundan başqa, Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək olan hissədə 1 metr enində yeni yol ayrıcı da inşa olunub.
Hazırda Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədə (Dakar meydanı) təmir-tikinti işləri həyata keçirilir. Bu üzdən prospektin Nəsimi küçəsi ilə kəsişməsindən sözügedən dairəyə doğru avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılıb.
Təmir-tikinti işləri çərçivəsində prospektin Nəsimi küçəsi ilə kəsişməsindən başlayaraq Nizami rayon İcra Hakimiyyətinin qarşısından keçən uzunluğu 715 m, eni 11 m olan köməkçi yolunda da təmir işləri bitib. Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri (Neftçilər metrosu) arasında yerləşən uzunluğu 750 m, eni 12 m olan köməkçi yolda isə təmir işləri davam etdirilir.
Ümumiyyətlə, təmir-tikinti işləri prospektin sonuna qədər (Babək prospektinə kimi) 2850 m-lik hissədə davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək