Böyük Britaniyanın yeni baş naziri bəlli oldu
Böyük Britaniyada Mühafizəkarlar Partiyasının lideri və baş nazir postuna namizəd Andrea Lidsom mübarizədən çəkildiyini açıqlayıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bununla da daxili işlər naziri Tereza Mey bu posta yeganə namizəd kimi qalıb.
A.Lidsom bildirib ki, T.Mey partiyanın parlament fraksiyasının 60 faizi tərəfindən dəstəklənir: “O, Britaniya xalqı üçün ən yaxşı şərtlərlə "Brexit"i həyata keçirməyə qadirdir”.
A.Lidsomun qərarından sonra Mühafizəkarlar Partiyasının liderinin seçilməsi üçün səsvermə keçirilməsinə ehtiyac qalmayıb və bu vəzifəni, eləcə də baş nazir postunu Tereza Meyin tutacağı qətiləşib. O, Britaniya tarixində Marqaret Tetçerdən sonra baş nazir kreslosuna əyləşəcək ikinci qadın olacaq.
OXŞAR XƏBƏRLƏR
15:18
771
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1732
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1740
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1045
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
677
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
780