Moskva NATO-nun Varşava sammitindəki qərarına münasibət bildirdi
"Şimali Atlantika alyansı özünün irəli sürdüyü fərziyyələrə əsaslanıb". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Varşava sammitinin yekunlarını dəyərləndirərkən səsləndirib.
O, Rusiya tərəfinin zirvə görüşünün qəbul etdiyi qərarları diqqətlə nəzərdən keçirdiyini, bununla yanaşı sadəcə ilkin təhlillərin qurumun yalnız hərbi-siyasi pərdəarxası bir təşkilat olaraq mövcud olmasını göstərdiyini diqqətə çatdırıb.
M.Zaxarova deyib ki, əsas beynəlxalq oyunçularla dünyadakı real təhlükələrə qarşı mübarizə aparmaq əvəzinə, alyans uydurma çağırışlara istiqamətlənərək, əslində mövcud olmayan "şərq təhlükəsinə" qarşı mübarizə aparır.
Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin NATO-nun Avropada raket əleyhinə müdafiə sistemləri yerləşdirməkdə israrlı olan Vaşinqton və Brüsselin uzunmüddətli neqativ addımlarının törədə biləcəyi neqativ nəticələrə, habelə, Avroatlantik regionun təhlükəsizliyi kimi faktorlara göz yumduğunu qeyd edib.
O bildirib ki, Moskva Rusiya-NATO Şurasının iyulun 13-də keçirilməsi planlaşdırılan iclası zamanı alyansın addımlara görə hesabat tələb edəcək.
Qurumun son sammiti zamanı üzv ölkələr Baltikyanı zona və Polşada dörd çoxmillətli batalyon, o cümlədən ilkin hazırlıq vəziyyətinə gətirilmiş raket əleyhinə müdafiə qurğularının yerləşdirilməsi haqqında qərar qəbul edib.
NATO-nun baş katibi Yens Stoltenberq daha öncə Moskva ilə münasibətlərin yalnız müdafiə və dialoq prinsipləri əsasında formalaşacağını açıqlayıb.
Qeyd edək ki, iştirakçı ölkələrin birgə bəyanatında da NATO-nun Rusiya ilə yalnız konstruktiv münasibətlərə meyl etdiyi, amma bunun Moskvanın atacağı addımlardan asılı olacağı bildirilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək