Lənkəranda qonağı arı sancdı, xəstəxanalıq oldu

Cəlilabad sakinini eşşək arısı sancıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran rayonunun Seydəkəran kəndində qeydə alınıb.

 

Bu yaşayış məntəqəsinə yaxın qohumlarının evinə qonaq gələn Cəlilabadın Qarazəncir kənd sakini, 25 yaşlı Kamal Mirzəbala oğlu Həsənov qəfildən arıların hücumuna məruz qalıb. Bədəninin ayrı-ayrı yerlərində səpmələr əmələ gələn zərərçəkmişə müvafiq yardım göstərilsə də, vəziyyəti normallaşmayıb. Kamal Həsənovun vəziyyətinin getdikcə ağırlaşdığını görən ev sahibləri təcili yardım maşınında onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

 

Dərhal reanimasiya şöbəsinə yerləşdirilən xəstə həkim nəzarətinə götürülüb, hazırda vəziyyəti orta-ağırdır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR