Qobustanda yol faciəsi: 3 ölü
Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü və iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:30 radələrində magistral yolun 95-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.
Balakən rayon sakini 1983-cü il təvəllüdlü Quliyev Hacı Cahangir oğlunun idarə etdiyi 90 HR 095 dövlət nömrə-nişanlı BMW markalı minik avtomobili qarşı tərəfdən gələn Qobustan rayon sakini, 1991-ci il təvəllüdlü Süleymanov Süleyman Kamran oğluna məxsus 01 BO 203 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Hadisə zamanı BMW-dəki sərnişinlər - sürücünün qohumu Həsənov Müşfiq Mehman oğlu, onun xalaları Rzayeva Sevil Abbas qızı və Rzayeva Rəsmiyyə Abbas qızı aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində ölüblər. Sürücü Hacı Quliyev və bacısı, 1985-ci il təvəllüdlü Quliyeva Ülkər Cahangir qızı isə ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək