Çimmək qadağandır! - XƏBƏRDARLIQ

Qızmar yay günlərində sərinləmək istəyənlər yaşadıqları ərazidən keçən su kanalları və gölməçələrə üz tuturlar. Su kanallarının ətrafındakı lövhələrdə “Çimmək qadağandır!” yazılsa da, yaxınlıqda yerləşən yaşayış məntəqələrinin sakinlərinin bir qismi buna məhəl qoymur. Halbuki su kanallarında çimmək olduqca təhlükəlidir və bu, həmin şəxslərin həyatı bahasına başa gələ bilər.

 

Samur-Abşeron kanalının istismar idarəsinin sahə mühəndisi Seyfəddin Babayev  çimənlərin əsasən 12-16 yaş arasındakı yeniyetmələr olduğunu bildirir. Onların böyük əksəriyyəti valideynlərinin nəzarətindən yayınaraq kanalda çimirlər. Problemin qarşısını almaq üçün kanalın ətrafında nəzarət tədbirlərinin artırılması vacibdir: "Biz kanalın kənarlarında "Çimmək qadağandır!" yazmışıq. Yüksək sürətlə axan suda çimmək çox təhlükəlidir. Keçmişdə belə hallar bir neçə dəfə baş verib. İndi 2-3 km-dən bir nəzarətçi təyin olunub, atla təmin edilib. Bütün qanunsuz hallara nəzarət gücləndirilib".

 

Samur-Abşeron kanalında insanlar əsasən iyun, iyul, avqust aylarında çimirlər. Bu aylar ərzinə kanalda suyun sürəti saniyədə 2 kubmetrdən 50 kubmetrə qədər qalxır. Bu isə çimən şəxlərin kanalda boğulması riskini artırır.

 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR