Sabirabadda dəhşətli qətl: qardaş bacısına 18 bıçaq vurdu - YENİLƏNİB
Sabirabad rayonunda qardaş bacısını qətlə yetirib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi rayonun Qalağayın ərazi vahidliyinin Balakənd kəndində qeydə alınıb.
Kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Məhəmməd Fəxrəddin oğlu bacısı, 1984-cü il təvəllüdlü Şəmsiyyəni bıçaqlayaraq öldürüb. Onun bacısının kürək nahiyəsinə 18 bıçaq zərbəsi endirdiyi bildirilir.
Qeyd edək ki, qətlə yetirilən Şəmsiyyə Hüseynova 2 uşaq anası olub və bir müddət əvvəl həyat yoldaşından boşanıb.
Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur. Sabirabad rayon prokurorluğundan hadisəyə hələlik münasibət öyrənmək mümkün olmayıb.
Qətli törədən Məhəmməd Hüseynov saxlanılıb. Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək