Bakıda yağış yağacaq, xəzri əsəcək

İyulun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb axşam mülayimləşəcək.

 

Havanın temperaturunun gecə 19-22 , gündüz  24-27 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacaq.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

 

İyulun 12-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 25-30 dərəcə isti,  dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR