Nohur gölündə batan 21 yaşlı gəncin meyiti tapıldı

Göyçay rayon sakini Qəbələ rayonunda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.

 

Göyçayın Ləkçıplaq kənd sakini, 1995-ci il təvəllüdlü Sənan Ələsgər oğlu Babayev dostları ilə Qəbələ rayonuna istirahətə gedərək Nohur gölündə çimib. O, üzməyi bacarmadığı üçün suda ehtiyatsızlıq edib və boğularaq ölüb. Yaxınlıqdakı insanlar onun həyatını xilas edə bilməyiblər.

 

Hadisə yerinə FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran Dalğıc-Axtarış Xilasetmə Qrupunun əməkdaşları cəlb edilib. Dalğıc-xilasedicilər Sənan Babayevin meyitini gölün 18 metr dərinliyindən taparaq aidiyyəti üzrə təhvil veriblər.

 

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR