Qaxda meşədə narkotik əkib-becərən şəxslər tutuldu
Qaxda narkotik tərkibli bitkilər əkib-becərən Şəki və Zaqatala rayon sakinləri saxlanılıb.
APA TV-nin məlumatına görə, Qax rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.
Aparılmış əməliyyat tədbirləri zamanı məlum olub ki, Zaqatala rayon sakini, 38 yaşlı Etibar Əhmədov və Şəki şəhər sakini, 31 yaşlı Səbuhi Yusifov qabaqcadan əlbir olaraq rayonunun Cəlayir kəndi yaxınlığındakı meşə sahəsində narkotik tərkibli bitki hesab olunan çətənə bitkisi əkiblər. Qax RPŞ-nin əməkdaşları hər iki şəxsi elə həmin ərazidə saxlayıblar.
İlkin istintaq zamanı saxlanılan şəxslər əməllərini etiraf edib və yaşadıqları rayondan ay ərzində 2-3 dəfə gələrək, çətənə kollarına qulluq etdiklərini bildiriblər. Hal şahidlərinin iştirakı ilə ərazidən 215 ədəd narkotik tərkibli bitki olan çətənə kolları yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib.
Faktla bağlı Qax RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək