Yasamalda zəncirvari qəza: BMW, "Mercedes" və sərnişin avtobusu toqquşdu
Ötən gecə paytaxtın Yasamal rayonunda zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, qəza rayonun Şərifzadə küçəsində qeydə alınıb.
Küçə ilə hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsü Zeynal Məmmədov işıqforun qırmızı işığında dayanan İsmayıl İsmayılova məxsus "Hyundai" markalı avtomobilə arxadan çırpılıb. Qəza bununla da bitməyib. Zərbənin təsiri nəticəsində "Hyundai" qarşıda dayanan Cavid Əliyevin idarə etdiyi 39 saylı marşrut avtobusuna dəyib.
Hadisə yerinə dərhal Yasamal Rayon DYP-nin əməkdaşları gələrək qəza ilə bağlı ilkin araşdırma aparıblar. İlkin ehtimala görə, hadisəyə BMW markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəb olub. Qəza zamanı avtomobillər yararsız hala düşsə də, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək