Lənkəranda şəhid əsgərlərin medalları analarına təqdim olundu
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində şəhidlərin təltif edildikləri medallar ailə üzvlərinə təqdim olunub.
APA TV-nin cənub bürosunun məlumatına görə, cəbhənin müxtəlif istiqamətlərindəki döyüşlərdə şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun əsgərləri - Cəlilabad rayonunun Məlikqasımlı kənd sakini, 19 yaşlı Röyal İmran oğlu Nəsirov, Masallının Güllütəpə kənd sakini, 20 yaşlı Firdovsi Əliş oğlu Bağırzadə və Lənkəran rayonunun Vilvan kənd sakini, 20 yaşlı Nahid Fikirət oğlu Səfərov ölümündən sonra müdafiə naziri Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunublar.
Tədbirdə Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Abdulla Qurbani, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri Əlimərdan Əliyev, hər üç rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, Qarabağ müharibəsinin veteranları və şəhidlərin ailə üzvləri iştirak ediblər.
Tədbirdə son illər Ali Baş Komandanın yüksək qayğı və diqqəti nəticəsində Azərbaycan Ordusunun Cənubi Qafqazda ən qüdrətli və güclü orduya çevrildiyi, son aylar cəbhə bölgəsində düşmənin təxribatçı əməllərinin qarşısının layiqincə alındığı diqqətə çatdırılıb.
Daha sonra şəhid əsgərlər Röyal İmran oğlu Nəsirovun, Firdovsi Əliş oğlu Bağırzadənin və Nahid Fikirət oğlu Səfərovun layiq görüldüyü medallar onların analarına təqdim olunub.
Şəhidlərin valideynləri övladlarının xatirəsini əziz tutduqlarına, ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.
Sonda Milli Ordumuzun şücaətindən bəhs edən videoçarx nümayiş etdirilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək