Şanlıurfada dəhşət: 17 yaşlı gənc 6 polisi güllələdi
Türkiyənin Şanlıurfa vilayətindəki avtobus stansiyasında 17 yaşlı bir gənc ondan sənədlərini tələb edən polis əməkdaşlarına atəş açıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, qanlı hadisə nəticəsində üç polis əməkdaşı həlak olub, eyni sayda asayiş keşikçisi isə yaralanıb.
Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib. Baş verən atışma nəticəsində polislərə atəş açan şəxs öldürülüb.
Şəhər polisindən verilən açıqlamada polis əməkdaşlarına hücum edən şəxsin psixoloji problemlərinin olduğu və bir müddət bu səbəbdən müalicə olunduğu bildirilib. Məlum olub ki, gənc cinayəti hərbi qulluqçu olan atasına məxsus xidməti silahla törədib.
Hazırda hadisə ilə bağlı geniş araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
771
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1732
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1740
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1045
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
677
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
780