Şirvanda sərxoş sürücü qəza törətdi: 3 yaralı

Şirvanda sərxoş sürücü qəza törədib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

 

Şirvan sakini, 1982-ci il təvəllüdlü Hüseynov Elvin Allahverdi oğlunun idarə etdiyi “Opel” markalı 10 ST 086 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə yoldan çıxaraq yaşıllıq zolağında yerləşən ağaclara və yol nişanına çırpılıb.

 

Qəza nəticəsində sürücü kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Avtomobildə olan sərnişinlər - Şirvan sakinləri, 1990-cı il təvəllüdlü Günel Gülhüseyn qızı Cəbrayılova və 1996-cı il təvəllüdlü Gülnar Oqtay qızı Hüseynova yüngül xəsarətlərlə ambulator yardım alaraq evə buraxılıb.

 

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR