Portuqaliya Avropa çempionu oldu

Futbol üzrə Avropa çempionatının final matçı oynanılıb. APA TV-nin məlumatına görə, turnir Portuqaliya-Fransa matçı ilə yekunlaşıb.

 

Matça Fransa millisi fəal başlasa da, cəhdlər nəticə verməyib. Üstəlik, Portuqaliya millisi artıq oyunun əvvəlində ciddi itki ilə üzləşib. 17-ci dəqiqədə Payetlə mübarizədə dizindən zədələnən Ronaldo bütün cəhdlərinə baxmayaraq, görüşü davam etdirə bilməyib.

 

Ulduz futbolçu 25-ci dəqiqədə Quaresma ilə əvəzlənib. İlk hissə qolsuz bərabərliklə başa çatıb.

 

İkinci hissə isə maraqsız və darıxdırıcı keçib. Görüşün taleyinə əlavə olunmuş vaxtda aydınlıq gəlib. Matçın 109-cu dəqiqəsində Ederin zərbəsi dəqiq olub.

 

Bu qol qarşılaşmada yeganə olub və Portuqaliya millisi qitə çempionluğunu bayram edib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR