PKK Türkiyədə yenə qan tökdü: 2 şəhid, 14 yaralı
Türkiyədə terror aktı törədilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mardində Cevizpınar Jandarma postu yaxınlığında içərisində bomba olan avtomobil partladılıb. Bununla yanaşı, post avtomatlardan atəşə tutulub. Nəticədə 1 polis şəhid olub, 1 mülki şəxs həyatını itirib. İçərisində polislər də olmaqla 14 nəfər yaralanıb.
Hazırda terrorçuların saxlanılması üçün genişmiqyaslı əməliyyat həyata keçirilir.
Bu arada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı dünən Hakkarinin Şemdinli rayonunda hərbi hissəyə hücuma hazırlaşan 17 terrorçunun öldürüldüyü barədə məlumat yayıb. Vanın Başkale rayonunda da aparılan əməliyyat zamanı 2 terrorçu zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR
15:18
771
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1732
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1740
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1045
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
677
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
780