Qorbaçov: "NATO Rusiya ilə müharibəyə hazırlaşır"
"NATO-nun Varşava sammitində qəbul etdiyi qərarlar alyansın Rusiyaya qarşı soyuq savaş müstəvisindən real müharibə müstəvisinə keçməyə hazırlaşmasının göstəricisidir".
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu fikirləri SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov səsləndirib.
M.Qorbaçov deyib ki, alyans atdığı son addımların müdafiə məqsədli olduğunu desə də, faktiki olaraq Rusiyaya hücum etmək niyyətindədir: "NATO baş verənlərin onu qorxutmadığını desə də, bununla yanaşı, biz də daxil olmaqla, bütün dünyanı daha ciddi qarşıdurmaya sürükləməkdədir. Beynəlxalq ictimaiyyət indi bu müharibənin qarşısını almalıdır".
Qeyd edək ki, bir qədər əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Polşa və Baltikyanı ölkələrdə dörd çoxmillətli batalyonun yaradılacağını açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək