Kemeron: "Brexit" Rusiyaya qarşı mövqeyimizin dəyişməsi anlamına gəlmir"
"ABŞ və Böyük Britaniya dünyadakı ciddi problemlərin həllində birgə işləməlidirlər. Buna "Brexit" qərarı mane olmamalıdır". APA TV-nin xəbərinə görə, bu bəyanatla Varşavada NATO-nun sammitində ABŞ prezidenti Barak Obama çıxış edib.
Ağ Ev rəhbəri xüsusilə terrorizmə qarşı mübarizənin daha yüksək səviyyəyə çatdırılmasının vacibliyini qeyd edib.
O bildirib ki, nə ABŞ, nə də Avropa İttifaqı Londonla referendumun nəticələrini uzun-uzadı müzakirə etmək fikrində deyillər.
Avropa Komissiyasının sədri Jan-Klod Yunker isə əmin olduğunu bildirib ki, "Brexit" qərarına baxmayaraq, Avropa İttifaqı və krallıq ümumi maraqlar naminə işbirliyini davam etdirəcəklər. Bura hərbi sahədə əməkdaşlıq da daxildir.
Britaniyanın baş naziri Devid Kemeron da məsələyə münasibət bildirib. O, məlum referendumun nəticələrinə baxmayaraq, NATO-da əsas rol oynayan tərəflərdən biri olaraq qaldıqlarını və Ukraynada baş verən hadisələrə görə Rusiyaya qarşı atılan addımlar dəstəklədiklərini dilə gətirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək