Tərtərdə 150 kq at cəmdəyi zərərsizləşdirildi
Tərtər polisi qanunsuz at əti alveri ilə məşğul olan şəxslərin niyyətlərini reallaşdırmasına macal verməyib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, qeyri-qanuni yolla bazarlarda satışa hazırlanan 150 kq at əti baytarlar tərəfindən zərərsizləşdirilib.
Qeyd edək ki, hadisə iyulun 4-də rayonun Güləbətinli kənd meşəsində qeydə alınıb. Qəssabların əməlindən xəbər tutan asayiş keşikçiləri meşəyə yollanaraq atların kəsiminin qarşısını alıb. Həmin vaxtadək atlardan ikisi artıq kəsilibmiş. Hadisə yerindən qaçan qəssablardan biri artıq saxlanılıb.
Tərtər rayon Baytarlıq İdarəsinin rəisi Məhərrəm Əliyev faktla əlaqədar bunları deyib: "Ayın 4-də gecə saat 2:00 radələrində polisin verdiyi məlumata əsasən Tərtər rayonunun Güləbətli kəndi meşəsində yerləşən, Ədalət Əliyevə məxsus yataqda at kəsildiyi məlum oldu. Biz də getdik. Heyvanların at olduğu müəyyən olunduqdan sonra at ətini gətirib rayon baytarlıq idarəsinin soyuducu kamerasında yerləşdirdik. 10 nümunə götürüb Respublika Baytarlıq Laboratoriyasına göndərdik. Laboratoriyadan alınan cavabdan sonra məlum oldu ki, bu ət yararsızdır, bioloji çirklənib".
Respublika Baytarlıq Laboratoriyasının qərarına uyğun olaraq iyulun 9-da həmin at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Tərtər rayonu ərazisində olan məişət tullantıları poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək