Yağış, külək... - HAVA ŞƏRAİTİ DƏYİŞİR
İyulun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. şimal küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 20-23 dərəcə isti, gündüz 24-28 dərəcə isti, Bakıda gecə 20-22 dərəcə isti, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 19-20 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
İyulun 11-i gün ərzində, 12-si gecə və səhər Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu tədricən 4 dərəcəyədək aşağı enəcək.
İyulun 13-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi iyulun 11-12-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək