BMT: Ukraynada daha qanlı döyüşlər başlaya bilər
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi özünün aylıq hesabatında Ukraynanın şərqində münaqişənin daha da kəskinləşəcəyini açıqlayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, buna səbəb kimi Ukrayna güc strukturları və özünümüdafiə dəstələrinin mövqelərini daha da irəli çəkərək, bufer zonasında möhkəmlənməsi göstərilir.
Hesabatda həmçinin cari ilin iyun ayında Donbasda intensiv hərbi əməliyyatlar aparıldığı da qeyd olunub ki, nəticədə iyun ayı 2015-ci ilin avqustundan sonra daha qanlı dövr kimi tarixə düşüb. Belə ki, 1-30 iyun tarixləri arasında Ukraynanın şərqində 12 dinc sakin öldürülüb, 57 nəfər isə yaralanıb.
Qeyd edək ki, BMT-nin rəsmi məlumatına görə, Donbas münaqişəsinin başlandığı 2014-cü ildən keçən müddət ərzində aralarında 2000 dinc sakin də olmaqla, ümumilikdə 9470 nəfər həlak olub, 21880 nəfər isə yaralananıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək