Varşavada Azərbaycan və Polşa prezidentlərinin görüşü olub
İyulun 8-də Varşavada Azərbaycan prezidenti İlham Əliyevin Polşa prezidenti Andjey Duda ilə görüşü olub.
APA TV-nin xəbərinə görə, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib, Azərbaycanla Polşa arasında ötən dövrdə əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.
Müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycanın NATO və Avropa İttifaqı ilə əməkdaşlığı, Əfqanıstana müxtəlif sahələrdə Azərbaycanın dəstəyi və bir sıra digər məsələlər müzakirə olunub.
OXŞAR XƏBƏRLƏR
15:18
777
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1738
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1745
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1046
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
677
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
780