NATO-nun Avropadakı raket bazaları hazırlıq vəziyyətinə gətirildi
Şimali Atlantika Alyansının Avropada yerləşdirdiyi raket əleyhinə müdafiə sistemləri ilkin hazırlıq vəziyyətinə gətirilib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında qurumun baş katibi Yens Stoltenberq deyib.
Baş katib eyni zamanda bu addımın sırf müdafiə xarakteri daşıdığını da qeyd edib.
O, həmçinin bundan sonra ABŞ-a aid hərbi gəmilər, Türkiyədəki radar və Rumıniyada hərbi dəniz qüvvələrinin NATO komandanlığı ilə birgə hərəkət edəcəklərini diqqətə çatdırıb.
Qeyd edək ki, NATO ölkələri müdafiə nazirlərinin iyunda keçirilmiş görüşü zamanı Y. Stoltenberq Litva, Latviya, Estoniya və Polşada yüksək hərbi hazırlığa malik dörd batalyon yerləşdiriləcəyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
15:18
777
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1738
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1745
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1046
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
677
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
780