ABŞ Rusiya diplomatlarını qovdu
Rəsmi Vaşinqton Rusiyanın ABŞ-dakı səfirliyində çalışan 2 diplomatını ölkədən çıxarıb.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.
“Baş vermiş hücuma cavab olaraq iyunun 17-də iki rusiyalı diplomat ABŞ-dan çıxarılıb”, - deyə C.Kirbi bildirib.
Bundan əvvəl “Washington Post” qəzeti Moskvada, ABŞ-ın Rusiyadakı səfirliyində çalışan əməkdaşının hücuma məruz qaldığı barədə məlumat yaymışdı. Rusiya XİN öz növbəsində həmin şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olduğunu və səfirliyin mühafizəçisinə hücum etdiyini bildirmişdi.
Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinin açıqlamasını şərh etməkdən imtina edib.
OXŞAR XƏBƏRLƏR
15:18
777
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1738
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1745
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1046
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
677
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
780