NATO baş katibi: "Yeni “soyuq müharibə” istəmirik"
NATO-ya üzv dövlətlərin liderləri Baltikyanı ölkələr və Polşada rotasiya əsasında dörd çoxmillətli tabor yaratmağa qərar verib.
APA TV-nin "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.
“Biz NATO-nun şərq hissəsində hərbi iştirakımızı genişləndirmək məqsədilə 4 taborun yaradılmasına qərar verdik”, - deyə Y.Stoltenberq bildirib.
Onun sözlərinə görə, qoşunlar rotasiya əsasında yerləşdiriləcək. Latviyaya Kanada, Litvaya Almaniya, Estoniyaya Böyük Britaniya, Polşaya isə ABŞ hərbçiləri göndəriləcək.
Yens Stoltenberq onu da deyib ki, NATO Rusiya ilə konstruktiv dialoq üçün səylərini davam etdirir: “Biz Rusiya ilə konstruktiv dialoq axtarmağa davam edirik. Rəsmi Moskva Avropa və onun ətrafında təhlükəsizlik problemlərinin həllində mühüm rol oynayır. Rusiyanın təcridi mümkün deyil və yolverilməzdir”.
Yens Stoltenberq əlavə edib ki, NATO heç kim üçün təhlükə kəsb etmir və yeni “soyuq müharibə” istəmir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək