ABŞ dövlət katibi Azərbaycan prezidenti ilə görüşdü

ABŞ dövlət katibi Con Kerri Varşavada NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə görüşlərdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

 

APA TV-nin məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Vaşinqtonda keçirilən gündəlik brifinqdə deyib.

 

“Dövlət katibi Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunan öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. O, bir daha ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanması üzrə danışıqlar prosesini dəstəklədiyini bildirib”.

 

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Azərbaycan prezidenti İlham Əliyev, eləcə də Ermənistanın dövlət başçısı Serj Sarkisyanla ayrı-ayrılıqda görüşüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR