Bakıda ağır qəza: dövlət qulluqçusu öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Nobel prospektində qeydə alınıb.

 

“Mercedes” markalı avtomobillə şəhər istiqamətində hərəkət edən Ramin Mərdan oğlu Qurbanov hələlik naməlum səbəbdən idarəetməni itirib. Avtomobil divara çırpılıb. Sürücü tərəfdən zərbə alan nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

 

Ağır bədən xəsarətləri alan 37 yaşlı sürücü ətrafdakı insanların köməkliyi ilə maşından çıxarılıb. Ona yardım üçün həkim briqadası çağırılsa da, təcili yardım gələnə qədər Ramin Qurbanov dünyasını dəyişib.

 

Qəza ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. Qəzaya səbəb kimi sürət həddinin aşılması göstərilir.

 

Qəza nəticəsində ölən Ramin Qurbanov Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində mütəxəssis vəzifəsində işləyib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR